[b]Ukraynalıların qənimi romalılar: 19 il sonra ilk dəfə[/b]
16.03.2018 - 01:14
[b]Ukraynalıların qənimi romalılar: 19 il sonra ilk dəfə[/b]

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda səfərdə Kiyev “Dinamo”su ilə qarşılaşan “Latsio” 2:0 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Romada qeydə alınmış 2:2 hesablı bərabərlikdən sonra bu nəticə ilə italiyalılar 1/4 finala keçib.

 

Ötən gün bir başqa İtaliya təmsilçisi “Roma” da “Şaxtyor”a qalib gələrək Çempionlar Liqasında ən güclü 8 komanda arasına düşməyi bacarmışdı.

 

Əzəli rəqiblərin ikisinin birlikdə avrokuboklarda 1/4 final mərhələsinə yüksəlməsi sonuncu dəfə 1998/99 mövsümündə olmuşdu. 19 il sonra yenidən paytaxt klublarının azarkeşləri müxtəlif turnirlərdə olsa da, komandalarının yarımfinal uğrunda mübarizəsinə şahidlik edəcəklər.

 

Maraqlıdır ki, hər iki Roma klubu növbəti mərhələyə keçərkən məhz Ukrayna təmsilçisini yolundan kənarlaşdırıb.

0