[b]FİFA referiləri I divizionda[/b]
16.03.2018 - 23:35
[b]FİFA referiləri I divizionda[/b]

Futbol üzrə Azərbaycan I Divizionunda XIX turun oyunları üçün hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 19-da baş tutacaq qarşılaşmaları təcrübəli referilər idarə edəcək.

 

FİFA dərəcəli hakimlərdən Rəhim Həsənov “Turan Tovuz” – “Şüvəlan”, Ömər Paşayev isə “Sabah” – “Binə” görüşündə ədalət təmsilçisi olacaq. Həmçinin Premyer Liqa hakimləri Ramil Diniyev və Elvin Əsgərov da I divizion matçlarında fit çalacaqlar.

 

Azərbaycan I Divizionu

XIX tur

19 mart (bazar ertəsi)

 

15:00. “Xəzər” – “Mil-Muğan”

Hakimlər: Ramil Diniyev, Rahin Heybətov, Samir Ələsov, Elgün Hüseynov

AFFA nümayəndəsi: Rüfət Əliyev

 Hakim-inspektor: Ceyhun Haşımov

“İnter Arena”

 

15:00. “Turan Tovuz” – “Şüvəlan”

Hakimlər: Rəhim Həsənov, Elman Kərimov, Pərvin Talıbov, Namiq  Bəkirov

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Hakim-inspektor: Vaqif Ayvazov

Tovuz şəhər stadionu

 

15:00. “Ağsu” – “Zaqatala”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Vüqar Bayramov, Nahid Xasıyev

AFFA nümayəndəsi: Sahib Əliyev

Hakim-inspektor: Zöhrab Qədiyev

Ağsu şəhər stadionu

 

15:00. MOİK – “Qaradağ Lökbatan”

Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Tural Bayramov, Alik Yunusov

AFFA nümayəndəsi: Eldar Əlixanov

Hakim-inspektor: Rüfət Hüseynov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

15:00. “Sabah” – “Binə”

Hakimlər: Ömər Paşayev, Məmmədəli Kərimov, Elxan Əsgərzadə, Elxan Müslümov

AFFA nümayəndəsi: Qabil Nərimanov

Hakim-inspektor: Əvəz Şıxıyev

Binə qəsəbə stadionu

0