Azərbaycan kubokunu indiyədək 7 klub qazanıb
22.05.2008 - 11:50
Azərbaycan kubokunu indiyədək 7 klub qazanıb
“Neftçi” və “Kəpəz”in hamıdan çox, 4 dəfə qazandığı ölkə kubokuna “Qarabağ” 2, “İnşaatçı”, “Şəfa”, “Bakı” və “Xəzər-Lənkəran” 1 dəfə sahib çıxıb. Kubok turnirlərinin yarısında paytaxt, yarısında isə bölgə təmsilçiləri uğur əldə edib. Oyunun Bakıda keçirilməsi “İnter”ə əlavə üstünlük verir. Əvvəllər Bakı təmsilçiləri bundan maksimum yararlana bilib. Paytaxtda keçirilən 6 final matçında qonaqlarla qarşılaşan bakılılar yalnız bir dəfə uduzub.

Azərbaycan kubokunun bütün finalları:

tarix

Qalib

finalçı

hesab

30.08.1992

“İnşaatçı” (Bakı)

“Kür” (Mingəçevir)

2:1 (əlavə vaxtda)

28.05.1993

“Qarabağ” (Ağdam)

“İnşaatçı” (Sabirabad)

1:0 (əlavə vaxtda)

08.06.1994

“Kəpəz” (Gəncə)

“Xəzər” (Lənkəran)

2:0

28.05.1995

“Neftçi” (Bakı)

“Kür” (Mingəçevir)

1:0

15.05.1996

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

3:0

28.05.1997

“Kəpəz” (Gəncə)

“Xəzri” (Bakı)

1:0

28.05.1998

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2:0

28.05.1999

“Neftçi” (Bakı)

“Şəmkir”

0:0, penaltilər 5:3

28.05.2000

“Kəpəz” (Gəncə)

“Qarabağ” (Ağdam)

2:1

25.05.2001

“Şəfa” (Bakı)

“Neftçi” (Bakı)

2:1

09.05.2004

“Neftçi” (Bakı)

“Şəmkir”

1:0 (əlavə vaxtda)

28.05.2005

“Bakı”

“İnter” (Bakı)

2:1 (əlavə vaxtda)

03.06.2006

“Qarabağ” (Ağdam)

“Karvan” (Yevlax)

2:1

28.05.2007

“Xəzər-Lənkəran”

“MKT-Araz” (İmişli)

1:0

24.05.2008



Qeyd edək ki, son 6, ümumilikdə isə 10 final qarşılaşmasında qalib komanda minimal fərqlə qalib gəlib. Dörd dəfə Azərbaycan kubokunun qalibi əlavə vaxtda müəyyənləşibsə, bir matçda penaltilər seriyası həlledici olub.
0