[b]Salah Torreslə Keyni keçib, Droqbanın biraddımlığında dayandı[/b]
18.03.2018 - 00:01
[b]Salah Torreslə Keyni keçib, Droqbanın biraddımlığında dayandı[/b]

İngiltərə Premyer Liqasının XXXI turu çərçivəsində “Uotford”la qarşılaşan “Liverpul” 5:0 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, həmin matçda “poker”ə imza atan “qırmızılar”ın misirli hücumçusu Muhammed Salah yeni rekorda imza atıb.

 

“Liverpul”un heyətində ilk mövsümündəcə bütün turnirlərdə artıq 36 qol vurmuş Muhammed Salah hamını qabaqlayıb. Buna qədər Fernando Torres 2007/08 mövsümündə “Liverpul”la birinci mövsümündə 33 qola imza atmışdı.

 

Hazırda Premyer Liqada 31 oyundan sonra 28 qola imza atan Salah “Tottenhem”li Harri Keyni geridə qoyaraq, turnirin bombardiri olmaqla yanaşı, bu göstəricidə sadəcə bir afrikalıdan geri qalır. 2009/10 mövsümündə Didye Droqba “Çelsi” forması ilə 29 dəfə fərqlənmişdi.

0