[b]Son yarımfinalçılar müəyyənləşdi[/b]
19.03.2018 - 00:17
[b]Son yarımfinalçılar müəyyənləşdi[/b]

İngiltərə Kubokunda daha bir yarımfinal cütlüyü bəlli olub. Apasport.az saytının məlumatına görə, bu gün son iki yarımfinalçının da adına aydınlıq gəlib.  

 

"Viqan"la qarşılaşan "Sauthempton" ikinci hissədə vurduğu qollarla qələbə qazanıb.

 

Günün digər matçı daha maraqlı alınıb. "Lester" və "Çelsi" arasında keçirilən görüşün 90 dəqiqəsi 1:1 hesabı ilə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burda isə "zadəganlar"ın ispaniyalı futbolçusu Pedro Rodriges fərqlənərək, komandasını yarımfinala çıxarıb.

 

Beləliklə, İngiltərə Kubokunun yarımfinalında "Mançester Yunayted" "Tottenhem"lə, "Sauthempton" isə "Çelsi" ilə qarşılaşacaq.

 

 

İngiltərə FA kuboku

1/4 final

18 mart

 

"Viqan" - "Sauthempton" - 0:2

Qollar: Hoybyerq, 62; Sedrik, 90+1

 

"Lester" - "Çelsi" - 1:2

Qollar: Vardi, 76 - Morata, 42; Pedro, 105

0