[b]“Heç kim üçün asan loxma olmayacağıq” – millimizin rəqibinin baş məşqçisi[/b]
20.03.2018 - 00:27
[b]“Heç kim üçün asan loxma olmayacağıq” – millimizin rəqibinin baş məşqçisi[/b]

“Bugünəqədərki bütün matçlarda yaxşı oyun göstərdik. Uşaqlar isbat etdilər ki, onların potensialları var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Kosovo U-21 millisinin baş məşqçisi Rafet Prekazi deyib.

 

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində martın 22-də millimiz, 27-də isə Almaniya yığması ilə qarşılaşacaq kosovoluların çalışdırıcısı fikirlərini Kosovo Futbol Federasiyasının saytı ilə bölüşüb.

 

O, gənc və potensiallı komandası olduğunu bildirib: “Gənc oyunçulardan ibarət yaxşı kollektivimiz var. Meydanda 200% gücümüzlə oynamağa məcburuq. Əlbəttə ki, rəqiblərimizin kim olduğunun fərqindəyik, amma seçmə mərhələnin əvvəlində də demişdim ki, Kosovo yığması heç kim üçün asan loxma olmayacaq”.

0