20 medal - “Zəfər Kuboku”nun yekunu

Türkiyənin Gebze şəhərində keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci “Zəfər Kubok”u beynəlxalq turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, 4 gün davam edən yarışın yekununda Azərbaycan yığması 20 medal qazanıb.

 

Belə ki, sərbəst güləş millimizin heyətində Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq) və Turan Bayramov (65 kq) bütün qarşılaşmalarını qələbə ilə başa vuraraq, çempion adına yiyələniblər. Fuad Mayılovla (80 kq), İslam Abuyev (110 kq) ikinci olduqları turnirdə Riyad Aslanov (51 kq) və Sabir Cəfərov (60 kq) bürünc medala yiyələniblər. Bu nəticə yığmamızı komanda hesabında ikinci edib. Türkiyə birinci, Rusiya yığması isə üçüncü nəticə göstərib. 

Yeniyetmə qız güləşçilərimizdən Birgül Sultanova (57 kq), Jalə Əliyeva (61 kq) və Nigar Mirzəzadə (65 kq) qızıl, Şahanə Nəzərova (43 kq) gümüş, Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq) və Elnurə Məmmədova (61 kq) bürünc medala sahib olub. Bu, millimiz də komanda hesabında Türkiyədən sonra ikinci olub. Rumıniya güləşçiləri isə üçüncü yeri tutub. 

Həzrət Cəfərovun (51 kq) qızıl, Qurban Qurbanovla (45 kq), Röyal Mirzəliyevin (51 kq) gümüş, Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq) və Laçın Vəliyev (92 kq) bürünc medallar əldə etdiyi yunan-Roma güləşçilərimiz isə komanda hesabında üçüncü yeri tutub. Türkiyə birinci, Gürcüstan komandası ikinci olub. 

Qeyd edək ki, "Zəfər Kuboku" beynəlxalq turnirində qazanılmış nəticə aprelin 23-29-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatı öncəsi məşqçilər korpusunun yığma komanda üzvlərini sınaqdan keçirməsi və heyətin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik idi. Bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayres şəhərində təşkil olunacaq yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarına lisenziyalar məhz bu yarışda qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə eldə edəcəklər. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10