“Azərbaycanın gözlədiyi uğur Tokioda olacaq” – DGB prezidenti

“Azərbaycanda bir neçə dəfə olmuşam və yüksək səviyyədə təşkilatçılığa şahidlik etmişəm”. Apasport.az xəbər verir ki, bunu ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında iştirak edən Dünya Güləş Birliyinin (DGB) prezidenti Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının saytına müsahibəsində deyib.

 

Ölkəmizin Dünya Güləş Birliyində böyük pay sahibi olduğunu söyləyən Nenad Laloviç Azərbaycanın güləş yarışlarını hər zaman yüksək təşkilatçılıqla həyata keçirdiyini deyib. Bakıda keçirilən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran Pri turniri, Avropa Oyunları, Avropa və Dünya çempionatlarını xatırlayan DGB rəsmisi bu yarışlar haqda xoş təəssüratlarını bildirib: "Ümid edirəm ki, gələcəkdə Azərbaycanın ev sahibliyi edəcəyi bir çox böyük yarışlar izləyəcəyik. Çünki biz Azərbaycan Güləş Federasiyasının böyük təcrübəyə malik olduğunu bilirik".

 

Qədim güləş ənənələrinə sahib olan Azərbaycanın yüksəlişdə olduğunu deyən Laloviç bu sayədə ölkəmizin dünya güləşində daim yüksək yerlərdə olacağına inandığını vurğulayıb: "Dünya Kubokunda iştirak edən Azərbaycan komandası çox güclüdü və biz Budapeştdə keçiriləcək Dünya çempionatında da güclü Azərbaycan komandasının iştirak edəcəyini gözləyirik. Düşünürəm ki, Azərbaycan xalqının gözlədiyi nailiyyətlər Tokio Yay Olimpiya Oyunlarında da reallaşacaq".

 

Müsahibənin sonunda DGB prezidenti güləş idmanının daha da inkişafı istiqamətində görüləcək işlərdən danışıb.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 23 17 5 1 33-8 56

2.

Qəbələ

23 12 6 5 37-23 42

3.

Sumqayıt 23 11 6 6 31-25 39

4.

Zirə

23 9 8 6 29-24

35

5.

Neftçi

23

10 4 9 31-24 34

6

Səbail 23 5 4 14 15-32 19

7.

Keşlə

23

4 6 13 20-36 18

8.

Kəpəz

23 3 3 17 14-38 12
               

 

Top 10