Millimiz “cırtdanlar” sırasında

Avropa Həndbol Federasiyası kişilərdən ibarət milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan 2018-ci il üçün müəyyənləşən siyahıda aktivində xalı olmayan 10 ölkədən biridi.

 

Belə ki, Avro-2016, DÇ-2017 və Avro-2016-ya əsasən tərtib olunan siyahıda Hikmət Abdullayevin başçılıq etdiyi komanda sonuncu – 41-ci yerə şərikdi. Yığmamız Albaniya, Andorra, Ermənistan, Bolqarıstan, Farer adaları, Lixtenşteyn, Moldova, Malta və Monako ilə 41-50-ci yerləri bölüşür. Bu millilərin heç biri beynəlxalq arenada ciddi uğura malik deyil. Hətta Azərbaycan həndbolçuları Avro-2006-dan sonra nə qitə, nə də dünya çempionatının seçmə mərhələsinə qatılıb.

 

50 ölkənin yer aldığı reytinq cədvəlinə 416 xalla İspaniya başçılıq edir. Onlardan 16 xal geri qalan Fransa ikincidi. 360 xala malik Xorvatiya və Norveç isə üçüncü yerə şərikdi.

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10