[b]Yığmamız 120 ölkə arasında 5-ci oldu[/b]
14.04.2018 - 10:41
[b]Yığmamız 120 ölkə arasında 5-ci oldu[/b]

Tunisin Hammamet şəhərində gənc taekvondoçular arasında keçirilən dünya birinciliyi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 120 ölkədən 962 idmançının qatıldığı mundialı 5-ci sırada tamamlayıb.

 

Buna 1 qızıl və 1 gümüş medala sahib olan oğlanlardan ibarət komandamız nail olub. Belə ki, həmyerlilərimizdən Cavad Ağayev (63 kq) çempion tituluna yiyələndiyi halda, Xanoğlan Kərimov (51 kq) yalnız finalda məğlubiyyətə üzülüb.

 

Qeyd edək ki, dünya birinciliyindən öncə Minayə Əkbərova (44 kq) Argentinada təşkil ediləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziyaya da sahib olmuşdu.

0