“Yeni Yunis Hüseynov gəlməyəcək”

“Qarabağ”ı təbrik edirəm. Mübarizə apardıq. Rəqib güclü, top saxlayan komandadı. Düzdü, bunlar şablon sözlərdi. Ancaq reallıqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib.

 

Topaz Premyer Liqasının XXIII turunda doğma meydanda “Qarabağ”a uduzan gəncəlilərin çalışdırıcısı matçdan sonra fikirlərini bölüşüb: Xal qazanmaq istəyirdik, amma alınmadı. Komandamdan razı qaldım. İmkanlarımız oldu, lakin istifadə edə bilmədik. Qarşıdakı oyunlara köklənəcəyik”.

 

- Dieqonu sonradan meydana buraxdız, lakin tezliklə əvəzlədiz...

- Onu oyuna buraxdım ki, meydanın mərkəzində top saxlasın. Fikirləşdim təcrübəsi ilə komandaya kömək edəcək. Lakin ümidlərimi doğrultmadı. Buna görə, tez əvəzlədim.

 

- Düşünmürsüz ki, bu, futbolçuya təsir edə bilər?

- Ola bilər. Lakin futbolçu meydançada ona olan etimadı doğrultmadı.

 

- Hər iki komandanın məşqçilər korpusunda Azərbaycanın vaxtilə güclü futbolçuları olmuş mütəxəssislər qərarlaşıb. Bu oyunçular komandasını arxasınca apara bilən futbolçular idi. Lakin bu gün ölkə futbolunda bu cür oyunçular yoxdu. Sizcə, bunun səbəbi nədi?

- İndiki futbolçulara hörmətlə yanaşıram. Lakin yeni Yunis Hüseynov gəlməyəcək. Eləcə də, Vidadi Rzayev və digərləri. İndinin futbolu ilə o vaxtkı futbol da tam fərqli idi. Futbolçular komandanı arxasınca aparacaq səviyyəyə çatmaq üçün öz üzərində işləməlidilər. Əgər çalışsalar onlar da bu cür futbolçu ola bilərlər.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 24 18 5 1 34-8 59

2.

Qəbələ

24 12 6 6 37-24 42

3.

Sumqayıt 24 11 6 7 31-26 39

4.

Neftçi

24 11 4 9 32-24

37

5.

Zirə

24

9 8 7 30-26 35

6

Keşlə 24 5 6 13 22-37 21

7.

Səbail

24

5 5 14 16-33 20

8.

Kəpəz

24 3 4 17 15-39 13
               

 

Top 10