[b]Almaniyada qəribə hadisə: Hakim VAR dedi, oyunçular fasilədən geri döndü - VİDEO[/b]
17.04.2018 - 01:37
[b]Almaniyada qəribə hadisə: Hakim VAR dedi, oyunçular fasilədən geri döndü - VİDEO[/b]

Almaniya Bundesliqasının XXX turunun son matçında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, “Maynz” – “Frayburq” görüşü qeyri-adi olay yaşanıb.

 

Belə ki, qarşılaşmanın 45-ci dəqiqəsində meydan sahiblərinin hücumu zamanı top “Frayburq”lu müdafiəçinin əlinə dəyib. Hakim ilk anda epizodu nəzərdən qaçırıb və komandaları fasiləyə yollayıb.

 

Amma sonradan videotəkrar – VAR sisteminə müraciət edən referi penalti olduğuna qərar verib. Komandaları fasilədən geri çağıran ədalət təmsilçisi meydan sahiblərinə 11 metrlik cərimə zərbəsi vurdurub və De Blasis hesabı açıb.

 

Sonradan daha bir dəfə fərqlənən argentinalı matçın nəticəsini təyin edib – 2:0.

0