[b]Azərbaycan kubokunda yarımfinalın hakimləri açıqlandı[/b]
17.04.2018 - 17:33
[b]Azərbaycan kubokunda yarımfinalın hakimləri açıqlandı[/b]

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk finalçının müəyyənləşəcəyi “Sumqayıt” – “Keşlə” matçını Əliyar Ağayev idarə edəcək.

 

Digər yarımfinal qarşılaşması Rauf Cabbarova həvalə olunub. O, “Neftçi” – “Qəbələ” oyununda fit çalacaq.

 

Azərbaycan kuboku

Yarımfinal, cavab oyunları

18 aprel (çərşənbə)

 

17:00. “Sumqayıt” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz  Musayev

Hakim-inspektor: Məlik  Həsənov

Sumqayıt. Şəhər stadionu

İlk oyun – 0:1

 

20:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev

AFFA nümayəndəsi: Namiq  Məstanov

Hakim-inspektor: Əli  Hüseynov

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 2:1

0