[b]Debütantla oyunun paytaxt hazırlığı[/b]
17.04.2018 - 21:11
[b]Debütantla oyunun paytaxt hazırlığı[/b]

“Kəpəz” Topaz Premyer Liqasının XXIV turunun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi səfərdə çempionatın debütantı “Səbail”lə keçiriləcək qarşılaşmaya Bakıda hazırlaşmağa üstünlük verib.

 

“Kəpəz” bu oyun üçün məşqləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda gerçəkləşdirir. “Sarı-göylər”in oyun öncəsi son məşqi görüşün keçiriləcəyi “Bayıl Arena”da olacaq.  

 

Qeyd edək ki, “Səbail” – “Kəpəz” matçı aprelin 22-də keçiriləcək.

0