[b]Premyer Liqa klubları UEFA-nı “müflis edəcək”[/b]
17.04.2018 - 22:41
[b]Premyer Liqa klubları UEFA-nı “müflis edəcək”[/b]

İngiltərə klubları Çempionlar Liqasının cari mövsümündə UEFA-dan böyük qazanc əldə edib. Apasport.az saytının məlumatına görə, futbolun yaradıcılarının 4 komandası ümumilikdə 291,6 milyon avro qazanıb.

 

Premyer Liqa klublarından “Çelsi”, “Tottenhem”, “Mançester Siti” və “Liverpul”un ümumi qazancının 138,4 milyonu teleyayımdan, 89,8 milyonu mükafatlardan əldə olunub.

 

Mübarizəni davam etdirən “Liverpul” yarımfinal səddini keçsə, bu məbləğ 11 milyon artacaq. Finaldakı qələbə isə kluba əlavə 4,5 milyon da gətirəcək.

0