[b]NHL: “Vaşinqton” ilk qələbəsini qazandı, “Veqas” konfrans yarımfinalında[/b]
18.04.2018 - 11:29
[b]NHL: “Vaşinqton” ilk qələbəsini qazandı, “Veqas” konfrans yarımfinalında[/b]

Milli Xokkey Liqasında (NHL) pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 3 qarşılaşma baş tutub.

 

Şərq konfransında overtayma gedən oyunda “Kolambus Blu Cekets”i məğlub edən “Vaşinqton Kepitalz” seriyadakı ilk qələbəsini qazanıb.

 

Qərb konfransında “Vinnipeq Cets” səfərdə “Minnesota Vayld”a qalib gəlib. “Los-Anceles Kinqz”i növbəti dəfə üstələyən “Veqas Qolden Nayts” isə bu mövsüm pley-offda mərhələ adlayan ilk klub olub.

 

NHL
Pley-off, ilk tur
Şərq konfransı

“Kolambus Blu Cekets” – “Vaşinqton Kepitalz” – 2:3 (overtaym)
Seriyada hesab: 2-1 (“Kolambus”)

 

Qərb konfransı

“Minnesota Vayld” – “Vinnipeq Cets” – 0:2
Seriyada hesab: 3-1 (“Vinnipeq”)

“Los-Anceles Kinqz” – “Veqas Qolden Nayts” – 0:1
Seriyada hesab: 4-0 (“Veqas” konfrans yarımfinalına yüksəlib)

0