[b]“Hətta anam da bizi səhv salır”[/b]
18.04.2018 - 12:39
[b]“Hətta anam da bizi səhv salır”[/b]

“Mançester Siti”nin yarımmüdafiəçisi Aleksandr Zinçenko son müsahibəsində Mançesterdəki həyatından, komanda yoldaşı Kevin De Brüyne ilə oxşarlığından danışıb. Apasport.az saytının məlumatına görə, ukraynalı futbolçu şəhərdə havanın dəyişkən olmasından şikayətlənib:

 

“Burda hava çox dəyişkəndi. Gün ərzində bir neçə dəfə hava şəraiti dəyişir: gah isti olur, gah yağış yağır, sonra yenidən isti... Bəzən elə güclü külək olur ki, məşqdə qapılar tərpənir”.

 

De Brüyne ilə bənzərliyinə toxunan Zinçenko hətta anasının da bəzən onları səhv saldığını bildirib.

 

“De Brüyne ilə oxşarlıq? Liqa kubokunun finalından – “Arsenal”la oyundan – sonra azarkeşlərimizin və doğmalarımızın da iştirak etdiyi balaca bir parti təşkil olundu. De Brüynenin anası yanıma gəldi və dedi: “Qardaşından elə də fərqlənmirsən”. Hətta anam da televizorda izləyərkən bizi səhv salır. Amma yaxından tamamilə fərqliyik” – deyə, Zinçenko əlavə edib.

0