[b]“Fənərbaxça”ya texniki məğlubiyyət veriləcək[/b]
20.04.2018 - 12:31
[b]“Fənərbaxça”ya texniki məğlubiyyət veriləcək[/b]

Türkiyə Kubokunun yarımfinal mərhələsində “Beşiktaş”la oyunda yaşanmış insident “Fənərbaxça”ya baha başa gələcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “sarı-lacivərdlilər”ə texniki məğlubiyyət veriləcək.

 

Dünən keçirilən cavab qarşılaşmasının 57-ci dəqiqəsində hesab 0:0 olarkən yerli azarkeşlər qonaq komandanın oyunçularına yad əşyalar atdıqları və “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşə xətər yetirdikləri üçün oyun yarımçıq dayandırılmışdı. Nizamnaməyə görə, “Fənərbaxça”ya texniki məğlubiyyət verilməli və klub kubokdan kənarlaşdırılmalıdı. Hətta federasiyanın klubu gələn mövsüm də Türkiyə Kubokuna buraxmamaq ixtiyarı var.

 

Əgər Nizam-İntizam Komitəsi gözlənilən qərarı versə, o zaman “Beşiktaş” finala vəsiqə qazanacaq və “Akhisar”a rəqib olacaq.

 

Qeyd edək ki, “Fənərbaxça” ilə “Beşiktaş” arasında “Vodafone Arena”da keçirilən ilk görüşdə qollu bərabərlik (2:2) qeydə alınmışdı.

0