[b]“Onun edəcəyi gedişi təxmin edə bilirəm” - Sergey Karyakin[/b]
21.04.2018 - 20:18
[b]“Onun edəcəyi gedişi təxmin edə bilirəm” - Sergey Karyakin[/b]

"Açılışdan sonra üstünlük qazanmaq mümkün olmadı. Şəhriyarla bir-birimizi çox yaxşı tanıyırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sergey Karyakin deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin III turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla heç-heçə edən Rusiya təmsilçisi qarşılaşma haqda fikirlərini açıqlayıb: “Artıq onun edəcəyi gedişi təxmin edə bilirəm. Ona görə səhvlər olmadı. Sürpriz gözlənilmirdi. Əslində qələbə qazanmağı çox istəyirdim. Sadəcə Şəhriyar buna imkan vermədi".

Sergey Karyakin dünya şahmat tacı uğrunda Maqnus Karlsenlə görüşdə Şəhriyar onun komandasında yer alıb və köməyini əsirgəməyib: "Şəhriyar həm də dostumdur. Dünya çempionluğu uğrunda görüşlərdə köməyini hiss etmişəm. Biz şahmat oynamışıq, gedişləri müzakirə etmişik. Debütlər üzərində çalışmamışıq. Ona görə fikrimcə bir-birimizi şahmatçı kimi o qədər yaxşı tanımırıq".

 

Mənbə: shamkirchess.com

0