[b]“Neftçi”də iki, autsayderlərdə bir itki[/b]
23.04.2018 - 11:37
[b]“Neftçi”də iki, autsayderlərdə bir itki[/b]

Topaz Premyer Liqasının XXIV turunun ikinci oyun günü 4 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Neftçi” daha böyük itki ilə üzləşib.

 

“Qəbələ” ilə qarşılaşmada ikinci sarı vərəqə üzündən meydandan qovulan Emin Mahmudov və mövsümdə 8-ci xəbərdarlığı alan Kiril Petrov növbəti turu buraxacaq. Onlar “Keşlə” ilə XXV turun aprelin 28-də keçiriləcək matçını buraxacaq.

 

Çempionatın autsayderləri “Səbail”lə “Kəpəz” arasında qarşılaşma hər iki komandanın itkisi ilə başa çatıb. Paytaxt klubunda Rahil Məmmədov 4-cü, gəncəlilərdə Şəhriyar Əliyev 8-ci sarı vərəqəsini alıb. Sonuncu “Qəbələ” ilə aprelin 28-də səfərdə, Rahil isə ertəsi gün Sumqayıtda eyniadlı komanda ilə matçda oynamayacaq.

 

Qeyd edək ki, turun ilk günündə “Zirə”nin futbolçusu Milan Duriç 8-ci sarı vərəqəni aldığından cəzalı duruma düşmüşdü.

 

 

0