[b]Sarridən “Yuventus” azarkeşlərinə qeyri-etik jest - FOTO[/b]
23.04.2018 - 18:01
[b]Sarridən “Yuventus” azarkeşlərinə qeyri-etik jest - FOTO[/b]

İtaliya A Seriyasının XXXIV turu çərçivəsində keçirilən “Yuventus” – “Napoli” matçı qonaqların 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Apasport.az saytının məlumatına görə, matçdan öncə stadiona yaxınlaşan “Napoli” avtobusu azarkeşlərin hücumuna məruz qalıb.

 

Qonaqların baş məşqçisi Mauritsio Sarri isə fanatlara cavab olaraq, onlara “orta barmaq” göstərib. İtaliyalı çalışdırıcı qeyri-etik jestini belə izah edib: “Neapoldan olduğumuza görə avtobusumuza tüpürən, bizi təhqir edən azarkeşlərin cavabını verdim. Yoxsa sadəcə “Yuventus” azarkeşidi deyə, kiməsə eynisini etmərəm”.

0