[b]“Arsenal”ın yeni baş məşqçisinə məhdud büdcə[/b]
24.04.2018 - 10:24
[b]“Arsenal”ın yeni baş məşqçisinə məhdud büdcə[/b]

Arsen Vengerin “Arsenal”ın baş məşqçisi postundakı potensial əvəzedicisi məhdud büdcə ilə işləməyəcək. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, rəhbərlik yay “transfer pəncərəsi” üçün 50 milyon funt sterlinq ayırıb.

 

Son iki “transfer pəncərəsi” ərzində Aleksandr Lyakazett və Pyer-Emerik Obameyanqın transferlərinə 100 milyon funt sterlinqdən artıq xərcləyən, o cümlədən Məsut Özil və Henrix Mxıtaryan kimi “yüksək” müqavilələrə imza atan klub bu səfər ehtiyatlı davranmaq niyyətindədi.

 

Klubun yayda gücləndirmək istədiyi mövqelər bəllidi. Şef-skaut Sven Mislintat müdafiənin və yarımmüdafiənin mərkəzinə oyunçu axtarışındadı.

 

Qeyd edək ki, “Arsenal”ın baş məşqçisi postuna namizədlər sırasında Luis Enrike, Karlo Ançelotti, Mikel Arteta, Massimiliano Alleqri, Yoahim Löv, Leonardu Jardim, Yulian Naqelsmann və Domeniko Tedesko kimi mütəxəssislərin adları var.

0