“... Azərbaycanla oyunda qələbə qazanacağıq” – Stanimir Stoilov

“İstənilən yerdə uğur qazanmaq üçün zamana ehtiyac olur. Vəziyyəti düzgün qiymətləndirmək, oyunçuları təhlil etmək və doğru taktikanı seçmək vacibdi”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov deyib.

 

UEFA Millətlər Liqasına hazırlaşan Qazaxıstan iyunun 5-də yoldaşlıq görüşü çərçivəsində Azərbaycan millisini qəbul edəcək.

 

Yerli mətbuata müsahibə verən Stoilov heyət seçimi üçün tələsmədiyini vurğulayıb. O, xüsusən də, gənc oyunçu axtarışında olduğunu etiraf edib: “Ümid edirəm ki, Yuri Loqvinenko qaydasında olar və Azərbaycanla matçda yenidən yığmaya dəvət alar. O, çox təcrübəli və yüksək səviyyəli futbolçudu. Əgər klubunda istədiyi formada olsa, mütləq yığmaya çağıracam. Ümumiyyətlə, Azərbaycanla oyuna hələ bir aydan çox vaxt var. Bu müddətdə çempionat oyunlarını müntəzəm izləyib, qeydlərimi götürəcəm. Əgər özünü yaxşı tərəfdən göstərən olsa, 1-2 gənc futbolçu çağırıb, oynatmaq istəyərəm”.

 

51 yaşlı yeni çalışdırıcı millimizlə görüşdə qələbə barədə düşünmədiklərini bildirib. 4 il “Astana”da işlədikdən sonra yığmaya təyin olunan bolqarıstanlı mütəxəssis Qazaxıstanı evi kimi görür: “Müsbət nəticə dərhal ola da bilər, olmaya da. Heç kim zəmanət verə bilməz ki, Azərbaycanla oyunda qələbə qazanacağıq. Həmin görüşdə fəal çıxış etməli və aqressiv şəkildə oyunumuza yeni şeylər qatmalıyıq. Taktiki gedişlər axtarırıq. Azərbaycanla oyun Qazaxıstan yığmasının “sükanı arxası”nda ilk ev matçım olacaq. Ancaq həmin qarşılaşmada nəticə düşünəcəyim son şeydi. Əgər hər şeyi doğru etsək, qələbə özü gələcək. Yaxşı oynasaq, düzgün taktika qursaq, istənilən nəticə də əldə olunacaq. Artıq neçə ildi Qazaxıstandayam, bura mənim evimdi. Bu üzdən Azərbaycanla oyuna ilk ev matçı kimi baxmıram”.

 

Qeyd edək ki, millimiz Qazaxıstanla qarşılaşmadan əlavə, mayın 29-da Qırğızıstanı qəbul edib, iyunun 9-da Latviyanın qonağı olacaq.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 27 19 5 3 36-13 62

2.

Qəbələ

27 14 7 6 43-25 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10