[b]On boksçumuz finalda![/b]
13.05.2018 - 21:43
[b]On boksçumuz finalda![/b]

Yeniyetmə oğlan boksçular arasında Beynəlxalq “Heydər Əliyev Kuboku-2018” turnirində bu gün yarımfinal mərhələsinin döyüşləri keçirilib. Apasport.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan ənənəvi yarışda finalçılar müəyyənləşib.

 

26 döyüşdə Azərbaycan millisinin 17 boksçusu rinqə çıxıb. Onlardan 10-u adını finala yazdırıb. 7 idmançımız isə turniri bürünc medalla başa vurub.

 

Qazaxıstan millisinin də finalda 10 boksçusu mübarizə aparacaq. Həlledici döyüşlərdə Ukrayna 4, Gürcüstan 2 idmançı ilə təmsil olunacaq. Rusiya və Qırğızıstan boksçuları isə yarımfinal səddini keçə bilməyiblər. Finallar sabah saat 14:00-da başlayacaq.

 

Qeyd edək ki, yarışa Azərbaycanın 2 komandası ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna yığmaları qatılıblar.

Yarımfinal mərhələsi

46 kq
Elgün Hüseynov (Gürcüstan) – Ruslan Qədirov (Azərbaycan) – 0:5
Geno Xaftasi (Gürcüstan) – Muhammedsabir Uulu Bazarbay (Qazaxıstan) – 2:3

48 kq
Əli Zamanov (Azərbaycan) – Bohdan Ştonda (Ukrayna) – 4:1
Yerbolat Sabir (Qazaxıstan) – Sənan Əhmədov (Azərbaycan) – 5:0

50 kq
Giorgi Sadjaya (Gürcüstan) – Almaz Uzixanov (Qazaxıstan) – 0:5
Maksim Xorodnyuk (Ukrayna) – Maksoy Jusupov (Qırğızıstan) – 4:1

52 kq
Elmar Abbasov (Azərbaycan) – Nihad Qurbanov (Azərbaycan) – 5:0
Yerassil Tankay (Qazaxıstan) – Azadbek Kubatov (Qırğızıstan) – 5:0

54 kq
Əzrək Bəbirov (Azərbaycan) – Maqammed Mamayev (Rusiya) – 5:0
Maksim Vlasyuk (Ukrayna) – Jaslan Kayirbekov (Qazaxıstan) – 5:0

57 kq
Nihat Həmidov (Azərbaycan) – Giorgi Lazaraşvili (Gürcüstan) – 5:0
Bekzat Bitimov (Qazaxıstan) – Abzal Serik (Qazaxıstan) – 0:5

60 kq
Rəşid Həsənov (Azərbaycan) – Giorgi Qeqeçxori (Gürcüstan) – 1:4
Kiril Taran (Ukrayna) – Eldar Babayev (Azərbaycan) – 1:4

63 kq
Samir Nəsirov (Azərbaycan) – İsa Novruzlu (Azərbaycan) – 2:3
Dias Moljiqitov (Qazaxıstan) – Elmir Novruzov (Azərbaycan) – 0:5

66 kq
Nikolos Jioşvili (Gürcüstan) – İlya Kisselyov (Qazaxıstan) – 1:4
Mikita Qorbatenko (Ukrayna) – Yuri Aleksa (Ukrayna) – 3:2

70 kq
Cəfər Heydərli (Azərbaycan) – Apimuxamed Xiyazov (Qırğızıstan) – 5:0
Yerassil Jakpekov (Qazaxıstan) – Nurlan Qasımov (Azərbaycan) – birinci tam üstünlüklə qələbə qazanıb

75 kq
Yevgeni Prixodko (Qazaxıstan) – Giorgi Qitsatev (Gürcüstan) – 5:0
Matvey Rajba (Ukrayna) – Vladimir Kuşnir (Ukrayna) – 0:5

80 kq
Murad Allahverdiyev (Azərbaycan) – Nikita Xripko (Ukrayna) – 4:1
Nursultan Beysenbayev (Qazaxıstan) – Dias Konisbay (Qazaxıstan) – 4:1

+80 kq
Əhməd Əhmədov (Azərbaycan) – Əmanət Sabirqali (Qazaxıstan) – 2:3
Saba Axalaya (Gürcüstan) – Əsəd Baxışov (Azərbaycan) – 3:2

 

0