[b]“Qarabağ” 2064 gündən sonra...[/b]
14.05.2018 - 11:02
[b]“Qarabağ” 2064 gündən sonra...[/b]

Topaz Premyer Liqasının XXVII turu son 5 mövsümün çempionu “Qarabağ”ın böyükhesablı məğlubiyyəti ilə yadda qalıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, səfərdə “Keşlə”yə 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası son 5 mövsümdə ilk dəfə belə acınacaqlı məğlubiyyət alıb.

 

Ağdam təmsilçisinin sonuncu böyükhesablı məğlubiyyəti 2012/13 mövsümünə təsadüf edib. “Qarabağ” 2012-ci il sentyabrın 16-da səfərdə AZAL-a 2:6 hesabı ilə yenilib.

 

Ağdamlılar 2064 gündən sonra 3 və ya daha çox top fərqilə uduzub.

0