Arif Əsədov: Premyer Liqa "Xəzər"in haqqı idi, ancaq...

“Sabah”ın baş məşqçisi Arif Əsədovun apasport.az saytına müsahibəsi

 

- AFFA-nın Lisenziya Komissiyasının qərarı sizin üçün sürpriz olmadı?

- Açığı, sürpriz oldu. Bu qərarı gözləmirdik. Amma klubun yaranması zamanı və gələcək perspektivində güclülər dəstəsi nəzərdə tutulmuşdu. Komanda qurulanda mərhələ-mərhələ irəliləyirdik. Bu il görülən iş də kollektivin formalaşması baxımından dediyim hədəfə doğru hesablanmışdı.

 

- Necə düşünürsünüz, Premyer Liqada iştirak “Sabah” üçün erkən deyildi?

- Bu haqda nəsə deyə bilmərəm. Bir neçə dəfə şahidi olmuşuq ki, Azərbaycanda yeni yaradılan klub sonradan yüksək liqada iştirak edib. Burda tez və ya gec yox, struktur önəmlidi. Komanda baxımından deyə bilərəm ki, “Sabah” ikinci dövrədəki oyunu, nəticələri ilə liderlər qrupundakı rəqiblərdən heç də geri qalmırdı.

 

- I divizionun qalibi “Xəzər”in kənarda qalıb, 5-ci pillədəki “Sabah”ın elitaya buraxılması çox söz-söhbətlərə səbəb oldu. Siz bu məsələyə necə yanaşırsınız?

- Əlbəttə ki, hər bir komandanın öz haqqı var. 1-ci yeri tutub, bu, “Xəzər”in haqqıdı. Amma Premyer Liqaya kimin layiq olduğuna qərar verən qurum var. Biz icraçıyıq, öz işimizi görürük. Qərarı verən assosiasiyadı. Bir daha qeyd edirəm ki, “Xəzər” Premyer Liqaya yüksəlməyi tutduğu yerlə haqq edirdi, ancaq digər proseslərə AFFA rəhbərliyi qiymət verir.

 

- Rəhbərliklə bundan sonrakı planlarla bağlı görüşünüz olubmu?

- Bir dəfə görüşümüz olub. Bu həftə yenidən bir araya gələcəyik. Məhz həmin görüşdə hər şeyi ətraflı müzakirə edəcəyik.

 

- Premyer Liqada da “Sabah”ı siz çalışdıracaqsınız?

- Mənim klubla müqavilə müddətim mayın sonuna qədərdi. Necə olacağını qarşıdakı günlərdə biləcəyik. Eyni zamanda əksər futbolçuları icarə əsasında heyətə cəlb etmişdik. Həmin oyunçular da bu komandanın gələcəyini görüb, təklifimizi qəbul etmişdilər. Xüsusən də, ikinci dövrədə sağlam kollektiv formalaşdırmağı bacardıq.

 

- Texniki tərəfdən baxsaq, komanda elitaya neçə faiz hazırdı?

- Düşünürəm ki, komanda təxminən 50 faiz formalaşıb. Əlbəttə ki, Premyer Liqanın öz tələbləri var. Bundan sonra hədəflərin nə olacağı önəmlidi. Bunu isə 3 yerə bölmək olar: liderlər qrupunda yer almaq, Avropa Liqasına düşmək və yüksək liqada qalmaq. Qarşıya qoyulacaq hədəfə uyğun da addımlar atılacaq.

 

- Heyətin gücləndirilməsi prosesinə start verilibmi?

- Hələ heç nəyə başlamamışıq. Dediyim kimi, rəhbərliklə görüşüm olmalıdı. Bundan sonra hər şey tam dəqiqliyi ilə bilinəcək.

 

Ruslan SADIQOV

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 28 20 5 3 37-13 65

2.

Qəbələ

28 14 7 7 43-26 49

3.

Neftçi 28 14 4 10 39-28 46

4.

Zirə

28 12 8 8 36-30

44

5.

Sumqayıt

28

11 7 10 34-33 40

6

Keşlə 28 8 7 13 29-39 31

7.

Səbail

28

6 5 17 19-39 23

8.

Kəpəz

28 3 5 20 18-47 14
               

 

Top 10