[b]“Mançester Siti” Riyad Marezdən əl çəkmir[/b]
14.05.2018 - 12:29
[b]“Mançester Siti” Riyad Marezdən əl çəkmir[/b]

“Lester”in yarımmüdafiəçisi Riyad Marez yayda klubunu tərk edə bilər. Apasport.az saytının “Leicester Mercury”yə istinadən məlumatına görə, əlcəzairli futbolçu ilə yaxından maraqlanan “Mançester Siti” yayda yenidən təklif göndərmək niyyətindədi.

 

“Mançester Siti” yanvarda Marezi transfer etməyə çalışsa da, “Lester” liderini satmağa razılıq verməmişdi. Bundan sonra yarımmüdafiəçi komandasının məşqlərini boykot etməyə başlamışdı.

 

“Mançester Siti” Marez qarşılığında “tülkülər”ə 50 milyon funt və əlavə olaraq, transfer dəyəri 15 milyon funt olan Patrik Robertsonu təklif etmişdi. Ancaq “Lester” 80 milyon funt tələb edir.

0