[b]"Artıq özümdən çıxıram" - Neymar[/b]
14.05.2018 - 18:15
[b]"Artıq özümdən çıxıram" - Neymar[/b]

PSJ-nin hücumçusu Neymarın yayda komandanı tərk edəcəyi və karyerasını “Real”da davam etdirəcəyinə dair xəbərlərin sayı durmadan artır. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, braziliyalı futbolçu son açıqlamasında fikrini dünya çempionatına yönəltdiyini və transfer mövzusunu indilik bağlamaq istədiyini deyib.

 

“Demək olar ki, hər “transfer pəncərəsi”ndə eyni şeylər olur. Məncə, indi bu məsələləri müzakirə etmək üçün düzgün an deyil. Hər kəs mənim niyə PSJ-yə gəldiyimi, məqsədlərimin nələrdən ibarət olduğunu yaxşı bilir. İndi tək istəyim bütün diqqətimi dünya çempionatına yönəltmək və transfer məsələlərini bir kənara atmaqdı” – deyə, Neymar bildirib.

 

Neymar insanların haqqında çıxardığı transfer dedi-qodular səbəbindən özündən çıxdığını sözlərinə əlavə edib: “Hər “transfer pəncərəsi”ndə insanlar haqqımda belə transfer dedi-qoduları çıxarırlar və bu, məni artıq özümdən çıxarır”.

 

Qeyd edək ki, Neymar ötən mövsüm 222 milyon qarşılığında “Barselona”nı PSJ-yə dəyişmişdi.

0