[b]Topaz Premyer Liqasının üzvləri Ermənistanla qarşılaşacaq[/b]
15.05.2018 - 11:42
[b]Topaz Premyer Liqasının üzvləri Ermənistanla qarşılaşacaq[/b]

Topaz Premyer Liqasında çıxış edən moldovalı futbolçular Yevgeni Koçuk və Aleksandr Dedov yığma komandaya dəvət alıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Aleksandr Spiridon qarşıdakı yoldaşlıq görüşlərində onların xidmətindən istifadə edəcək.

 

Geniş heyətdə “Səbail” və “Zirə”nin yarımmüdafiəçiləri də daxil olmaqla, legioner həyatı yaşayan 15 oyunçu yer alıb. Moldova millisi mayın 31-də Konqo, iyunun 4-də isə Ermənistanla qarşılaşacaq.

 

Qeyd edək ki, Yevgeni Koçuk “Səbail”də icarə əsasında çıxış edirsə, Aleksandr Dedovun “Zirə” ilə müqavilə müddəti gələn mövsümün sonuna qədərdi.

0