[b]Makedoniyanın millimizlə oyun üçün heyəti açıqlandı[/b]
15.05.2018 - 16:39
[b]Makedoniyanın millimizlə oyun üçün heyəti açıqlandı[/b]

21 yaşadək futbolçulardan ibarət Makedoniya yığmasının Bakıya gələcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Blaqoya Milevski Azərbaycanın U-20 millisi ilə keçiriləcək yoxlama görüşləri üçün 22 oyunçuya dəvət göndərib.

 

Komanda mayın 24-də və 27-də “Dalğa Arena”da Rəşad Sadıqovun kollektivi ilə üz-üzə gələcək.

 

Qapıçılar: Riste Yankov (“Rabotniçki”), Tomas Bojinovski (“Pakoş Fereyra”, Portuqaliya), Xristian Stevkovski (“Skopye”)

Müdafiəçilər: Aqron Rufati (“Lokomotiva”, Xorvatiya), Nexar Sadiki (“Rabotniçki”), Filip Trayanovski (QAİS, İsveç), Oliver Stoymenovski (“Borets”), Todor Todorovski, Filip Antovski (hər ikisi “Vardar”), Mixail Manevski, Vane Yovanov (hər ikisi “Breqalnitsa”)

Yarımmüdafiəçilər: Davor Zdravkovski (AEL, Kipr), Daniel Milovanovik, Yani Atanasov (hər ikisi “Pandev Akademiyası”), Mile Todorov (“Novi Qrad”, Xorvatiya), Kristian Trayçeski (“Qafanxa”, Portuqaliya), Omar İmeri (“Şkupi”)

Hücumçular: Milan Ristovski (“Riyeka”, Xorvatiya), Kristian Trapanovski (“Tatran”, Slovakiya), Marko Ferukoski (“Ofenbax”, Almaniya), Darko Çurlinov (“Köln”, Almaniya), Stefan Boqdanovski (“Spartak”, Slovakiya).

0