[b]"Arsenal"ın ilk transferi[/b]
16.05.2018 - 12:03
[b]"Arsenal"ın ilk transferi[/b]

Dortmund “Borussiya”sının müdafiəçisi Sokratis Papastatopulos karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının “Sky Sport Italia”ya istinadən məlumatına görə, növbəti il müqaviləsi bitəcək yunanıstanlı futbolçu “Arsenal”a keçməyə yaxındı. O, London klubunun yeni mövsüm üçün ilk transferi olacaq.

 

Arsen Vengerin əvəzinə gələcək baş məşqçinin kimliyindən asılı olmayaraq, transferin reallaşacağı bildirilir. Sokratisin “topçular”a keçidi 20 milyon avro dəyərində qiymətləndirilir.

 

Qeyd edək ki, Sokratis Papastatopulos 2013-cü ildən bəri Dortmund “Borussiya”sında çıxış edir.

0