[b]“Onlara qarşı oynamaq əlavə zövq verər” – Pedro Enrike[/b]
18.05.2018 - 11:55
[b]“Onlara qarşı oynamaq əlavə zövq verər” – Pedro Enrike[/b]

“Qarabağ”la müqavilə müddətim başa çatır. Yenidən PAOK-a qayıdıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri cari mövsümü icarə əsasında “Qarabağ”da keçirən Pedro Enrike deyib.

 

Fransa mətbuatına danışan braziliyalı yarımmüdafiəçi PAOK-un heyətində sabiq komandası “Renn”ə qarşı avrokuboklarda çıxış etmək istədiyini vurğulayıb: “PAOK gələn mövsüm avrokuboklarda - Çempionlar Liqasında -  mübarizə aparacaq. Avropa Liqasında “Renn”ə qarşı oynamaq mənə əlavə zövq verər. “Renn”in avrokuboklara qayıtmasına çox sevindim. Rəhbərlik və azarkeşlər bunu çoxdan gözləyirdilər. Fikrimcə, “Renn”də Avropa Liqasında uğurlu çıxış etmək üçün hər cür imkan var”.

 

Qeyd edək ki, Pedro Enrike bu mövsüm “Qarabağ”ın heyətində ümumilikdə 26 oyun keçirib, 6 qola imza atıb.

0