[b]35-ci kim olacaq: Əhmədov, Abasov, yoxsa Abbasov?[/b]
18.05.2018 - 12:50
[b]35-ci kim olacaq: Əhmədov, Abasov, yoxsa Abbasov?[/b]

Topaz Premyer Liqasının sonuncu turu ilklə nəticələnəcək. Apasport.az saytının məlumatına görə, taleyinə XXVIII turun aydınlıq gətirəcəyi bürünc medalı qazanan komandanın baş məşqçisi karyerasında ilk mükafata yiyələnəcək.

 

Belə ki, buna iddia edən 3 komandanın baş məşqçilərindən heç biri əvvəllər Premyer Liqada medal əldə etməyib. “Neftçi” 3-cü pillədəki yerini qorusa Tərlan Əhmədov, “Zirə” “ağ-qaralar”ı keçsə Ayxan Abbasov, “Sumqayıt” çətin vəzifənin öhdəsindən gəlsə Samir Abasov baş məşqçi kimi ilk medalına yiyələnəcək.

 

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 34 mütəxəssis mükafatçılar sırasına düşüb. Mayın 20-də baş tutacaq görüşlərdə “üçlüy”ə düşəcək klubun çalışdırıcısı bu siyahıda 35-ci olacaq.

 

Qeyd edək ki, son turda “Neftçi” Gəncədə “Kəpəz”kə görüşəcəksə, “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edəcək. Hazırda sonuncuların 41, “Gənclik şəhəri” təmsilçisinin 40 xalı varsa, “ağ-qaralar” 43 xala malikdi.

0