“Olimpik” dünyanın ən az qol buraxan ikinci klubudur
02.06.2008 - 16:53
“Olimpik” dünyanın ən az qol buraxan ikinci klubudur
Dünyanın 85 ölkəsinin 1879 klubunun nəticələrini müqayisə edən almaniyalı futbol statistiklərinin hesablamalarına əsasən, 10 görüşdə 2 qol buraxan latviyalılar ən etibarlı müdafiəyə malikdir. Müxtəlif göstəricilərdə 30 ən yaxşı və eyni sayda ən pis nəticələrin yer aldığı siyahılarda digər komandalarımız da qərarlaşıb. Mövsümün sonunda ardıcıl 6 qələbə qazanan “İnter” davam etməkdə olan belə seriyalar arasında 20-ci pillədədir. Ən zəif 30 klub sırasında Azərbaycanı Premyer Liqası ilə vidalaşan komandalar təmsil edib. ABN ən az qol vurmaqla (0,42 ilə 1846-cı yer), “Gənclərbirliyi” isə çox top buraxmaqla (2,57 – 1852-ci yer) siyahıda yer alıb.
0