[b]“Qarabağ”ın daha bir potensial rəqibi bəllidi[/b]
24.05.2018 - 10:19
[b]“Qarabağ”ın daha bir potensial rəqibi bəllidi[/b]

Çempionlar Liqasının 2018/19 mövsümünün daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində San-Marinonu “La Fiorita” təmsil edəcək.

 

Bu komanda final mərhələsi olimpiya sistemi ilə keçirilən San-Marino çempionatının son görüşündə “Folqor”la üz-üzə gəlib. 1:0 hesablı qələbə Monteqiardino təmsilçisinə ardıcıl 2-ci, ümumilikdə 5-ci çempionluq bəxş edib.

 

Bununla da ilk dəfə təşkil olunacaq təsnifatdan öncəki ilkin mərhələnin bütün iştirakçıları müəyyənləşib. Qitənin ən zəif 4 çempionu iyunun 12-dəki püşkatmada 2 cütlüyə bölünəcək. Onlar ayın 26-da yarımfinal, 29-da final matçında təsnifat mərhələsinə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcək. Azərbaycan yığmasının sabiq futbolçusu Amit Quluzadənin çıxış etdiyi Kosovo “Drita”sı da bu mərhələdə mübarizə aparacaq.

 

Çempionlar Liqası

İlkin mərhələ

Səpələnmişlər

“Santa Koloma” (Andorra)

“Linkoln” (Cəbəllütariq)

Səpələnməmişlər

“La Fiorita” (San-Marino)

“Drita” (Kosovo)

 

Bu 4 komanda hələlik Azərbaycan çempionu “Qarabağ” üçün də potensial rəqib sayılır. Çünki onlardan biri – təsnifat mərhələsinə yüksələcək komanda təmsilçimizlə görüşə bilər.

 

 

Təsnifat mərhələlərindən söz düşmüşkən, Çempionlar Liqası və Avropa Liqasının qaliblərinin öz ölkəsindən birbaşa qrupa yüksəlməsi bir sıra dəyişikliklərə səbəb olub. Buna görə də I təsnifatda 34 deyil, 32 komanda oynayacaq. Danimarka və Belarus çempionları bu raunddan azad edilib.

 

Digər 32 klubdan biri ilkin mərhələdən gələcəksə, 31-i mübarizəyə birbaşa buradan başlayacaq. Həmin 31 komandadan 29-u bəllidi. Yalnız Macarıstan və Sloveniya çempionları bilinmir.

 

Bu üzdən çempionlardan 4-nün püşkdəki səbəti də bəlli deyil. Digər 27 komanda isə artıq iki hissəyə bölünüb.

 

Azərbaycan çempionu “Qarabağ” səpələnmiş 14 klub arasındadı. Səpələnməmişlərdən 13-ü bilinir. Burada 14-cü komanda ilkin mərhələdəki “dördlük”dən biri olacaq. Bu isə o deməkdi ki, artıq hər bir səpələnmiş klubun 17 mümkün rəqibi var. Lakin “Qarabağ” Ermənistan çempionu ilə qarşılaşa bilməz. Ona görə də Azərbaycan çempionu ilki mərhələnin 4, I təsnifatın 12 komandası ilə qarşılaşmaq imkanına malikdi.

 

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. Oyunlar isə iyulun 10-11 və 17-18-də təşkil olunacaq.

 

 

 

I təsnifat mərhələsi

Səpələnmişlər

“Lüdoqorets” (Bolqarıstan)

“Seltik” (Şotlandiya)

APOEL (Kipr)

“Legiya” (Polşa)

“Astana” (Qazaxıstan)

“Qarabağ” (Azərbaycan)

“Şerif” (Moldova)

“Malmö” (İsveç)

“Srvena Zvezda” (Serbiya)

“Hapoel” (Beyer-Şeva, İsrail)

“Rusenborq” (Norveç)

HİK (Finlandiya)

TNS (Uels)

“Kukesi” (Albaniya)

 

Səpələnməmişlər

“Düdelanj” (Lüksemburq)

“Spartak” (Slovakiya)

“Valletta” (Malta)

“Vikinqur” (Farer adaları)

“Kruzaders” (Şimali İrlandiya)

“Akaçkert” (Ermənistan)

“Sutyeska” (Monteneqro)

“Suduva” (Litva)

“Kork Siti” (İrlandiya)

“Spartak” (Latviya)

“Valyur” (İslandiya)

“Flora” (Estoniya)

“Torpedo” (Kutaisi, Gürcüstan)

İlkin mərhələnin qalibi

 

Qeyri-müəyyənıər

“Şkendiya” (Makedoniya)

“Zrinski” (Bosniya və Herseqovina)

Macarıstan çempionu

Sloveniya çempionu

0