[b]FİFA millimizin oyunlarını tanımır[/b]
24.05.2018 - 14:33
[b]FİFA millimizin oyunlarını tanımır[/b]

Milli komandaların növbəti FİFA reytinqi iyunun 7-də açıqlanacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması həmin vaxta qədər iki matç keçirəcək.

 

Qurban Qurbanovun yetirmələri mayın 29-da Bakıda Qırğızıstan, iyunun 5-də Astana Qazaxıstanla qarşılaşacaq. Lakin həmin yoldaşlıq oyunları FİFA reytinqinə daxil edilməyəcək.

 

Belə deməyə qurumun rəsmi saytında yerləşdirilən oyunların siyahısı əsas verir. Növbəti reytinq cədvəli hesablananda millimiz üçün nəzərə alınacaq matçlar xanası boşdu. Hərçənd, yoxlama oyunu keçirəcək digər komandaların görüşləri burada əks olunub.

 

Bu isə o anlama gəlir ki, Qırğızıstan və Qazaxıstanla görüşlər FİFA tərəfindən tanınmayacaq.  Ya da komandaları üz-üzə gələn assosiasiyalar bu barədə FİFA-ya lazımi məlumatı ötürməyiblər.

 

Qeyd edək ki, hazırda 245 xalla 126-cı yerdə olan millimizə həmin görüşlərin hesaba alınmamağı sərf edir. Çünki hesabat dövrü üçün heç bir qarşılaşma hesablanmasa, yığmamız 46 xal qazanacaq və hesabı 291-ə çatacaq.

0