[b]Klyuvert İtaliyaya köçür[/b]
26.05.2018 - 01:03
[b]Klyuvert İtaliyaya köçür[/b]

Transfer çalışmalarını davam etdirən “Roma” “Ayaks”ın hücumçusu Justin Klyuverti heyətinə qatmağa çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, romalılar Hollandiya klubu ilə danışıqlara başlayıb.

 

“Roma” 19 yaşlı oyunçunun transferi üçün qarşı tərəfə 20 milyon avro təklif edib. Yayılan xəbərə görə, Amsterdam təmsilçisi transferə ilkin razılığını verib. Hətta Klyuvertin də italyanlarla anlaşdığı bildirilir. Keçid baş tutarsa, Patrik Klyuvertin oğlunun “Roma”da illik məvacibi 1,5 milyon avro olacaq.

 

Qeyd edək ki, Justin Klyuvert 2016-cı ildən “Ayaks”ın əsas komandasında çıxış edir.

0