[b]Daha bir tanınmış məşqçi Çin yolunda[/b]
26.05.2018 - 01:54
[b]Daha bir tanınmış məşqçi Çin yolunda[/b]

Xorvatiya yığmasının sabiq baş məşqçisi Slaven Biliç karyerasını Avropadan kənarda davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 50 yaşlı mütəxəssis Çindən təklif alıb.

 

Hazırkı baş məşqçi Marçelo Lippinin Çin millisindən ayrılması artıq an məsələsidi. İndidən axtarışa başlayan yerli futbol federasiyasının ilk namizədi məhz Biliçdi. Hətta xəbərdə tərəflər arasında ilkin danışıqların müsbət keçdiyi də vurğulanıb.

 

Qeyd edək ki, son klubu “Vest Hem” olan Slaven Biliç ötən ilin noyabr ayından bəri işsizdi.

0