“Səbail”in mövsümün ardından yollarını ayırdığı 12 futbolçunun statistik göstəriciləri bəlli olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi rekordçularını da komandada saxlamayıb.
Belə ki, heyətdən ayrılan 12 futbolçudan ikisi “Səbail” az qala bütün rekordlarının müəllifidi. Vüqar Nadirovla Elman Taqayev Bakı klubunun heyətində Premyer Liqada ən çox oyun keçirən futbolçu adını öz aralarında bölüşür – 25 matç.
Onlar həm də başa çatan mövsümdəki oyun sayında klubun iki ən yaxşısıdı. Futbolçular hərəyə 27 qarşılaşmada forma geyiniblər.
Cütlük bombardirliyi ilə də seçilir. Vüqar 3 topla “Səbail”in Premyer Liqada ən çox qol vuran oyunçusu adına iki şərikdən biridi. Ötən mövsüm vurulan ümumi qol sayında isə həmin cütlüyə Taqayev də qoşulub – hərəyə 3 top.
Ümumilikdə isə “Səbail”ə lazım olmayan 12 oyunçu ümumilikdə 13, çempionatda 11 dəfə rəqib qapısına yol tapıb.
futbolçu |
çempionat |
kubok |
cəmi |
Vüqar Nadirov |
25 (3) |
2 |
27 (3) |
Elman Taqayev |
25 (2) |
2 (1) |
27 (3) |
Nurlan Novruzov |
21 |
3 |
24 |
Ayron Stati |
19 (1) |
3 (1) |
22 (2) |
Nikoloz Apakidze |
14 (1) |
- |
14 (1) |
Murad Ağayev |
10 |
3 |
13 |
Kərim Diniyev |
13 |
- |
13 |
Yevgeni Koçuk |
13 (2) |
- |
13 (2) |
Faruk Miya |
11 (2) |
- |
11 (2) |
Vahit Orazsahedov |
10 |
- |
10 |
Raul Yaqubzadə |
5 |
1 |
6 |
Ruslan Əmircanov |
2 |
- |
2 |