[b]Kopello ilə Quliyev “üçlük”dən kənar qaldılar[/b]
28.05.2018 - 11:39
[b]Kopello ilə Quliyev “üçlük”dən kənar qaldılar[/b]

Atletika üzrə dünyanın məşhur yarışlarından olan “Brilyant Liqa”da üçüncü mərhələnin yarışları keçirilib. Apasport.az saytının məlumatına görə, ABŞ-da baş tutan turnirdə Azərbaycan millisinin idmançısı da qüvvəsini sınayıb.

 

Üçtəkanla tullanma yarışında ölkəmizi təmsil edən Aleksis Kopello ilk “üçlük”dən kənar qalıb. Turnirin ilk mərhələsində

3-cü olan Kuba əsilli idmançımız bu dəfə 4-cü yeri tutub. O, 17,24 m nəticə göstərib. İlk sıra isə Kristian Teylora (ABŞ) nəsib olub – 17,73 m.

 

Türkiyəni təmsil edən Ramil Quliyev də uğurlu çıxışla yadda qalmayıb. Həmyerlimiz 200 m məsafəni 20,57 saniyəyə qət etməklə, 7-ci yerdə qərarlaşıb.

 

Qeyd edək ki, “Brilyant Liqa” 14 mərhələdən ibarətdi.

0