[b]Avropada 7-ci, dünyada 10-cu – Azərbaycan millisi[/b]
28.05.2018 - 13:16
[b]Avropada 7-ci, dünyada 10-cu – Azərbaycan millisi[/b]

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda planetin 165 yığması yer alıb.

 

Bu komandalardan 115-i əsas cədvəldə, 50-si isə sıralamadan kənarda qərarlaşıb. Buna səbəb sonuncuların zəruri olan matç sayını keçirməməsidi.

 

Son bir ayda milli komandalar səviyyəsində oyunların az olması səbəbindən siyahıda ciddi dəyişikliklər baş verməyib. Dünyanın ən yaxşıları arasında yer alan Azərbaycan yığmasının da mövqeyi və xalı dəyişməz qalıb. Braziliyalı baş məşqçi Joze Alesionun yetirmələri 1440 xalla 10-cu sırada qərarlaşıb. 9-cu olan Ukraynadan 42 xal geri qalan millimiz 11-ci sıradakı Paraqvaydan 37 xal öndədi. Yığmamız Avropa təmsilçiləri arasında 7-cidi.

 

İlk “20-lik”

1. Braziliya - 1935

2. İspaniya – 1807

3. Rusiya - 1700

4. Portuqaliya - 1696

5. Argentina - 1691

6. İran - 1654

7. İtaliya - 1552

8. Qazaxıstan - 1532

9. Ukrayna - 1482

10. Azərbaycan – 1440

11. Paraqvay – 1403

12. Xorvatiya – 1394

13. Sloveniya – 1384

14. Serbiya – 1362

15. Yaponiya – 1358

16-17. Kolumbiya – 1324

Çexiya – 1324

18. Tailand – 1285

19. Fransa – 1283

20. Panama - 1262

0