Azərbaycan boksçusu reytinq cədvəlində 5-ci yerdədir
04.06.2008 - 11:29
Azərbaycan boksçusu reytinq cədvəlində 5-ci yerdədir
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) gənclərin yeni reytinq cədvəlini hazırlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 11 çəki dərəcəsi üzrə açıqlanan siyahıya 15 boksçunun adı daxil edilib. Şamil Əlimcanovun başçılıq etdiyi Azərbaycan milli komandasının üzvləri cəmi beş çəkidə təmsil olunublar. Boksçularımız arasında ən yüksək göstərici 51 kq çəki dərəcəsində 5-ci olan İlkin Ağayevə məxsusdur. Nadir Quliyevlə (69 kq) Hafiz İsgəndərov (75 kq) 8-ci yeri tutublar. Şəhriyar Tağıyev (54 kq) 10-cu, İsmət Eynullayev (60 kq) 13-cü olub. Boksçularımız 48, 57, 64, 81, 91 və +91 kq çəki dərəcələrində yer almayıblar.
0