Moldovaya yollanacaq Azərbaycan yığmasına yeni futbolçu cəlb edilib
09.06.2008 - 13:16
Moldovaya yollanacaq Azərbaycan yığmasına yeni futbolçu cəlb edilib
Bakı. Aqşin Əliyev - APA-Sport. Moldovanın paytaxtı Kişinyovda keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının (U-17) heyətində dəyişiklik edilib. “APA-Sport” agentliyinin məlumatına görə, Rusiyanın “Rostov” klubunun şərəfini qoruyan Məhəmməd Qurbanov zədələndiyi üçün heyətdən çıxarılıb. Baş məşqçi Bernard Lippert onun əvəzinə “Azəri”nin üzvü Rəhman Hacıyevə dəvət göndərib. U-17 qarşıdakı yarışa hazırlıqları iyunun 15-də yekunlaşdıracaq. Həmin vaxtadək yeniyetmə futbolçular “Qarabağ-2” klubu ilə qüvvələrini sınayacaqlar. Yoxlama matçı iyunun 12-nə təyin olunub.
Qeyd edək ki, iyunun 17-də start götürəcək beynəlxalq turnirdə yığmamız Belarus, Latviya və Moldovanın ikinci komandası ilə qarşılaşacaq. Yarışın qalibi iyunun 21-də müəyyənləşəcək.
0