Berti Foqts: “Biz Podolskinin Almaniya yığmasını seçdiyi üçün sevinə bilərik”
09.06.2008 - 13:23
Berti Foqts: “Biz Podolskinin Almaniya yığmasını seçdiyi üçün sevinə bilərik”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Biz Lukas Podolskinin Almaniya milli komandasını seçdiyi üçün sevinə bilərik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. Avropa çempionatının oyunlarını izləyən B.Foqts ölkəsində yerli telekanalların birinə futbol eksperti kimi dəvət olunub. Almaniya yığmasının Polşa ilə görüşü (2:0) haqda fikir bildirən almaniyalı mütəxəssis həmyerlilərini qələbəsini Lukas Podolskinin adı ilə bağlayıb. Oyunda iki qol vuran hücumçunun əslən Polşadan olması fikri ilə barışmaq istəməyən 62 yaşlı çalışdırıcı hücumçunu tamhüquqlu həmyerlisi kimi qəbul edir : “Lukas bizlərdən biridir, Almaniyadandır”.
0