“Bakı” Ramal Hüseynovla iki illik müqavilə imzalayıb
09.06.2008 - 13:48
“Bakı” Ramal Hüseynovla iki illik müqavilə imzalayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun transferə çıxardığı Ramal Hüseynovun “Bakı” komandasına qayıdışı dəqiqləşib. “APA-Sport” agentliyinin məlumatına görə, yarım illik fasilədən geri dönən 24 yaşlı yarımmüdafiəçinin transferi artıq rəsmiləşib. R.Hüseynov bu gün “Bakı” ilə iki illik müqavilə imzalayıb. Bu komandaya il yarım öncə “Qarabağ”dan transfer olunan futbolçu əsas heyətin oyunçusu sayılırdı. Ötən mövsümün qış fasiləsində “Neftçi”yə keçən R.Hüseynov daha çox ehtiyatda qalıb. Belə ki, o flaqmanın heyətində kuboku da nəzərə alsaq, cəmi 5 oyunda meydana çıxa bilib. “Neftçi”nin ukraynalı baş məşqçisi Anatoli Demyanenkonun yeni mövsümdə sərəncamında görməkdə maraqlı olmadığı yarımmüdafiəçi keçmiş komandasına qayıdıb. Elə “Neftçi” ilə müqaviləsi başa çatan müdafiəçi Ramin Quliyevlə yarımmüdafiəçi Ramazan Abbasov da analoji addım atmaq fikrindədir. Bakının eyniadlı təmsilçisinin flaqmanla anlaşması bitən moldovalı orta sahə oyunçusu Vadim Boretsin keçidini də reallaşdırıb.
Qeyd edək ki, “Bakı” xorvatiyalı qapıçı Marko Sarliya ilə bolqarıstanlı müdafiəçi Aleksandr Tomaşla da iki illik anlaşıb.
0