Fabio Luis Ramim karyerasını “Bakı” klubunda davam etdirəcək
09.06.2008 - 15:48
Fabio Luis Ramim karyerasını “Bakı” klubunda davam etdirəcək
Onun sözlərinə görə, son iki mövsümdə “Olimpik” klubunda çıxış edən 26 yaşlı braziliyalı futbolçunun transferi reallaşıb: “Fabionun həm “Olimpik”də, həm də milli komandanın son yoldaşlıq görüşlərində oyunu xoş təsir bağışlayıb. Makedoniyalı çalışdırıcı Qyoko Hacievski Ramimi komandada görmək istəyir. Biz də klub rəhbərliyi olaraq baş məşqçinin transferlərini reallaşdırırıq. “Olimpik”lə müqaviləsi bitən Fabio növbəti transferimizdir. Ramimlə iki illik müqavilənin bağlanması nəzərdə tutulub”. Yığmamıza baş məşqçi Berti Foqtsun dövründə cəlb edilən F.L.Ramimin milliləşməsi onu yerli oyunçu statusu qismində çıxış etməsinə imkan yaradıb. Bu da klublarımızın ona marağını daha da artırıb. B.Foqtsun son iki yoldaşlıq görüşündə sonadək şans verdiyi braziliyalı Andorra yığması ilə görüşdə millimizdə qol hesabını açıb. Azərbaycan çempionatında ilk mükafatını başa çatan mövsümdə alan F.L.Ramim “Olimpik”in heyətində gümüş medalçı olub.
Qeyd edək ki, ölkəmizə 2005-ci ilin qışında gələn F.L.Ramim ilk il yarımı İmişlinin “MKT-Araz” klubunda keçirib.
0