AFFA qapıçının əllə vurduğu qol haqda qərar çıxara bilmir
11.06.2008 - 17:17
AFFA qapıçının əllə vurduğu qol haqda qərar çıxara bilmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda həvəskar futzal komandaları arasında “Business Cup - 2008” turnirinin oyunları müzakirə olunub. Amma “Admiral” - “Karasu Devon” görüşü ilə bağlı yekun qərar çıxarılmayıb. Buna səbəb “Admiral”ın qapıçısının topu əllə rəqibin qapısına atması və hakimin bu epizodda qol qeydə alması olub. Bu səbəbdən NİK üzvləri müzakirələrin iyunun 13-də davam etdirilməsinə qərar verib. Bu yarışda adı sifariş vərəqində olmayan oyunçudan istifadə edən “Tim Sport”un taleyinə isə NİK aydınlıq gətirib. Bu komandaya “Smart”la oyuna görə 0:5 hesablı məğlubiyyət verilib.
0