Ruslan Abbasov: “İnter” klubunda rəqabət şəffaf deyildi”
12.06.2008 - 13:08
Ruslan Abbasov: “İnter” klubunda rəqabət şəffaf deyildi”
Flaqmana 2001-ci ilin yayında “Turan” komandasından keçən R.Abbasov bir il öncə gedişinin ondan asılı olmadığını söyləyib: “Əslində, “Neftçi”dən getmək fikrim yox idi. Sadəcə, mövsüm bitəndən mənə dedilər ki, komandaya lazım deyilsən. Açıqlamaq istəmədiyim bəzi səbəblərə görə getdim. Bununla belə, “Neftçi” mənə doğma olaraq qalırdı və geri qayıtmağa hazır idim. Hər halda, karyeramın ən uğurlu illərini bu klubda keçirmişəm”. Karyerasında üçüncü çempionluğunu “İnter”in heyətində qazanan sol cinah müdafiəçisi komandada daim oynamağından narazı qalıb. Yenidən ukraynalı mütəxəssisin rəhbərliyi altında çıxış edəcək R.Abbasovun sözlərinə görə, bir il şərəfini qoruduğu “İnter”də əsas problemlərdən biri heyətdəki tez-tez dəyişiklərlə bağlı idi: “İnter” yaxşı komandadır, orada da özümü rahat hiss edirdim. Sadəcə, heyət sabit deyildi. Az oynayırdım, bir matçda meydana çıxırdım, o birisində isə yox. Söhbət heç də necə oynamaqdan getmirdi. Demək istəmədiyim bəzi səbəblərə görə əsas heyətdən kənarda qalırdım. Rəqabət inkişafa səbəb olduğundan, mən də bunun tərəfdarıyam. Ancaq bu, sağlam olmalıdır. “İnter”də isə rəqabət şəffaf deyildi”.
Qeyd edək ki, R.Abbasov “İnter”də ölkə kubokunu da nəzərə alsaq, 21 oyun keçirib.
0