Azərbaycan yığması almaniyalı Oliver Pilzerin rəhbərliyi altında ilk məşqə çıxıb
12.06.2008 - 17:33
Azərbaycan yığması almaniyalı Oliver Pilzerin rəhbərliyi altında ilk məşqə çıxıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyalı Oliver Pilzerin 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi postuna təyinatı rəsmiləşib. “APA-Sport” agentliyinin məlumatına görə, əcnəbi çalışdırıcı bu gün yeniyetmə futbolçuları ilk dəfə məşqə çıxarıb. “Şəfa” stadionunda keçirilən məşq əsasən tanışlıq xarakteri daşıyıb. O.Pilzer qarşıdakı günlərdə köməkçilərini müəyyənləşdirəcək, həmçinin yığmanın əsas heyətinə layiq futbolçuları seçəcək. AFFA-nın nizamnaməsinə görə, O.Pilzerin baş məşqçi postuna təyinatı İcraiyyə Komitəsi tərəfindən rəsmən təsdiqlənməlidir. Bu məsələ İcraiyyə Komitəsinin bu yaxınlarda təşkil olunacaq iclasında həllini tapacaq.
Qeyd edək ki, indiyədək milli komandanı yerli məşqçi İslam Kərimov çalışdırırdı.
0