Berti Foqts: “Löv indi fikirləşir ki, bir balaca səhv edib”
13.06.2008 - 13:10
Berti Foqts: “Löv indi fikirləşir ki, bir balaca səhv edib”
XIII Avropa çempionatının oyunlarını canlı izləyən 62 yaşlı mütəxəssis İsveçrə televiziyası üçün Xorvatiya – Almaniya matçını təhlil edib və hücumçu David Odonkorun müdafiəçinin yerinə meydana girib əvvəl yarımmüdafiə, sonra müdafiədə oynamasından narazılığını bildirib: “Xorvatiya bütün oyun komponentlərində rəqibini üstələyirdi. Yoahim Löv Odonkorla bir də belə etməyəcək. O, heç cür qüvvəsini, gücünü kompakt müdafiəyə qarşı qoya bilmirdi. Mən bilirəm, Löv indi fikirləşir ki, bir balaca səhv əvəzləmə edib”.
Qeyd edək ki, B.Foqts 10 il əvvəl məhz S.Biliçin futbolçu kimi yer aldığı Xorvatiya millisinə uduzduqdan sonra Almaniya yığmasının baş məşqçi postundan istefaya göndərilmişdi.
0